SMM nədir? – marketinq və brendinq məqsədlərinə çatmaq üçün sosial media məzmununu və paylaşımını əhatə edən internet marketinqinin bir formasıdır. SMM-sosial media və marketinqin bir araya gəlməsindən əlavə, digital marketinqin müstəqil bir qoludur. Sosial media marketinq termini, markaların auditoriya ilə əlaqəsini təmin edir. SMM mövcud olan bütün marketinq növlərinin ən effektividir. Belə ki, müştəri bazası onsuz da sosial media vasitəsilə markalarla əlaqədə ola bilir. Önəmli olan sosial medianın müştəriyə informasiya və tanıtımını düzgün strategiya ilə ötürməsidir.
İnternet istifadəçilərinin 80%-i ən az bir sosial media hesabına sahibdir. Sosial media platformalarında hesab yaratmaq ödənişsiz və sadədir. Hər bir fərdi insan və hər şirkət bu platformalarda hesab yaradaraq izləyici kütləyə informasiyanı və məhsulu təqdim edə bilir. Bəs bu təqdimatı düzgün formada necə etmək lazımdır? Buradakı ən əsas nüans, SMM tanıtım və strategiyasını doğru müəyyən etməkdir. Doğru şəkildə müəyyən edilmiş strategiya sosial media marketinqini uğura aparacaqdır.
SMM məqsədi – Sosial medianın məqsədi markanın imicini yaradaraq, doğru tanıtım ilə istifadəçiləri məhsulun müştərisinə çevirməkdən ibarətdir. Auditoriyanı pulla almaq mümkün deyil. Bu səbəbdən də, məhsulu tanıdarkən müştərinin etibarını qazanmağa və marağını cəlb etməyə diqqət yetirmək lazımdır.
Sosial Media Platformaları
Hal-hazırda daha çox istifadə edilən və marka tanıtımını daha çox insana çatdıran aktiv sosial media platformaları bunlardır:- İnstagram - 2 milyard
- Facebook - 2.91 milyard
- Tik-tok - 800 milyon
- Youtube - 2.3 milyard
- Twitter - 396 milyon
- Linkedin - 310 milyon
- Pinterest - 459 milyon
Sona qədər oxuduğunuz üçün təşəkkür edirik! Ümid edirik bloqumuz sizin üçün faydalı oldu. Bu və daha artıq mövzuda bir-birindən maraqlı və faydalı bloqlar üçün Efor.az saytını izləmədə qalın.