Rəqəmsal marketinqin inkişafı ilə birlikdə insanların da marağı sosial şəbəkələrə hər keçən gün daha da artmaqdadır. Sosial şəbəkələrin inkişafa başladığı ilk illərdə insanlar daha çox Facebook və İnstagram istifadə etməyə yönəlirdilərsə, artıq iş insanlarının bir çoxu Linkedin istifadə etməyə çalışır. Facebook və İnstagram daha çox xoş zaman keçirmək, şəkil və video paylaşmaq, müəyyən dərəcədə fikir və düşüncələri paylaşmaq üçün istifadə olunursa, Linkedin tam olaraq iş adamları, iş axtaranlar və bu yöndə olan bütün insanların olduğu sosial şəbəkədir.
Linkedin-insanların onlayn CV formasıdır desək, yanılmarıq. İlk iş yerinizdən son iş yerinizə, doğum tarixinizə, bildiyiniz dillərə qədər hər bir məlumatın yerləşdirildiyi profildə istənilən bilgiləri əldə etmək mümkündür. Şəbəkənin üstünlüklərindən biri də məhz işinizlə bağlı olan məlumatlarınızdı. Belə ki, işinizlə bağlı olan iş elanları olduğu zaman sizə bildirimlər gəlir.
Bu şəbəkənin ən mühim özəlliyi isə etdiyiniz paylaşımı hər hansı bir sektordan olan insanların görməsi və sizə axtardığınız iş və ya işçi ilə bağlı kömək etməsidir. Şəbəkədən istifadə etmək üçün ilk olaraq qeydiyyatdan keçməlisiniz. Digər sosial şəbəkələrdə olduğu kimi burada standard olaraq ad,soyad, e-mail adresiniz və telefon nömrəsi istənilir. Bunlardan əlavə olaraq profilinizdə daha əvvəl və hazırda işlədiyiniz şirkətləri qeyd etməyiniz sizin yararınıza olacaq. Bu platformanın digər bir fərqliliyi isə, burada “bağlantı qurma” özəlliyinin olmasıdır. Bununla yanaşı, həm də bu şəbəkədə siz profilinizə baxan insanları görə bilərsiniz. Ancaq bəzən profilinizə baxan insanları görməyə bilərsiniz, çünki həmin insanlar Linkedin Premium istifadəçisi ola bilərlər.
Linkedin Premium ilə daha fərqli özəllikləri əldə etmək mümkündür. Pullu xidmət olan Premium istifadəçi seçimi ilə siz bağlantınızda olmayan insanlara mesaj yaza və profilinizi incələyən insanları rahatlıqla görə bilərsiniz. Fəqət başlanğıc üçün Linkedin sizə Premium xidmətindən yararlanmaqdan ötrü pulsuz istifadə haqqı verir. Bunun sayəsində Premium xidmətin üstünlüklərini əvvəlcədən yoxlaya bilərsiniz.
LinkedIn'də aktiv olmaq üçün səbəblər:
Bu və daha artığına məhz Linkedin sayəsində sahib ola bilərsiniz. Təbii ki, burada qeyd olunmayan onlarla səbəblər mövcuddur. Bunlarla yanaşı həm də, Linkedində etməməli olduğunuz müəyyən nüanslar da var: yeni bağlantı qurduğunuz birinə anında işlə bağlı mesaj yazmamalısınız; hər hansı bir qarşı cinsə tanışlıq məqsədi ilə yazmaq; şəxsi tanışlığınız olmayan birinə “sən” deyə müraciət etmək; CV göndərdiyiniz bir şirkətin HR-ına və ya şirkət sahibinə şəxsidə yazıb, bu məsələ ilə onu narahat etmək və s.
Linkedin-insanların onlayn CV formasıdır desək, yanılmarıq. İlk iş yerinizdən son iş yerinizə, doğum tarixinizə, bildiyiniz dillərə qədər hər bir məlumatın yerləşdirildiyi profildə istənilən bilgiləri əldə etmək mümkündür. Şəbəkənin üstünlüklərindən biri də məhz işinizlə bağlı olan məlumatlarınızdı. Belə ki, işinizlə bağlı olan iş elanları olduğu zaman sizə bildirimlər gəlir.
LinkedIn'in Tarixi
2002-ci ilin dekabr ayında qurulan Linkedinin veb-saytı 5 may 2003-cü ildə istifadəyə verilmişdir. Statiskilara görə 2006-cı ildə 20 milyon dəfə görüntülənmə əldə edən Linkedin, 2013-cü ildə isə 200-dən artıq ölkədən 200 milyondan çox istifadəçiyə sahib olmuşdur. 2016-cı ildə 26 milyard dollara Microsoft tərəfindən alınan Linkedin hazırda iş adamları ilə iş axtaranları birləşdirən bir platformadır.Bu şəbəkənin ən mühim özəlliyi isə etdiyiniz paylaşımı hər hansı bir sektordan olan insanların görməsi və sizə axtardığınız iş və ya işçi ilə bağlı kömək etməsidir. Şəbəkədən istifadə etmək üçün ilk olaraq qeydiyyatdan keçməlisiniz. Digər sosial şəbəkələrdə olduğu kimi burada standard olaraq ad,soyad, e-mail adresiniz və telefon nömrəsi istənilir. Bunlardan əlavə olaraq profilinizdə daha əvvəl və hazırda işlədiyiniz şirkətləri qeyd etməyiniz sizin yararınıza olacaq. Bu platformanın digər bir fərqliliyi isə, burada “bağlantı qurma” özəlliyinin olmasıdır. Bununla yanaşı, həm də bu şəbəkədə siz profilinizə baxan insanları görə bilərsiniz. Ancaq bəzən profilinizə baxan insanları görməyə bilərsiniz, çünki həmin insanlar Linkedin Premium istifadəçisi ola bilərlər.
Linkedin Premium ilə daha fərqli özəllikləri əldə etmək mümkündür. Pullu xidmət olan Premium istifadəçi seçimi ilə siz bağlantınızda olmayan insanlara mesaj yaza və profilinizi incələyən insanları rahatlıqla görə bilərsiniz. Fəqət başlanğıc üçün Linkedin sizə Premium xidmətindən yararlanmaqdan ötrü pulsuz istifadə haqqı verir. Bunun sayəsində Premium xidmətin üstünlüklərini əvvəlcədən yoxlaya bilərsiniz.
LinkedIn Statistikları
Hazırda 500 milyondan çox istifadəçiyə sahib olan Linkedində ABŞ ölkələr üzrə sıralamada birinci sırada yer almaqdadır. Ardınca isə Hindistan, Braziliya, İngiltərə və Kanada gəlməkdədir. 2017-ci ildə aparılmış bir sorğuya əsasən 122 milyon insan Linkedin sayəsində ən az bir iş müsahibəsinə girmişdir. Linkedində veb trafikin 57 %-i telefonlara aiddir. Linkedində ortalama olaraq 3 milyon aktiv iş elanı var. İstifadəçilərin 28 %-i 0-300 bağlantıya sahibdir. Bununla yanaşı sadəcə 1 %-inin 10 mindən çox bağlantısı mövcuddur. Dünyadakı milyonerlərin cəmi 4 %-i Linkedin istifadəçisidir.LinkedIn'də aktiv olmaq üçün səbəblər:
- Keyfiyyətli və səviyyəli iş çevrəsi formalaşdırmaq
- İş həyatınızda yüksəliş
- Öz brendinizi yarada bilmək
- Özünüzü daha tez inkişaf etdirmək
- Daha az vaxtda özünüzü işlədiyiniz sektorda tanıda bilmək
- İnsan resursları və iş adamları ünsiyyət qurmaq
- Öz məqalənizi yayımlamaq haqqına sahib olmaq
- Başqa sektorlarla bağlı məlumat sahibi olmaq