SEO Nədir?
SEO Nədir? sualına cavab olaraq "SEO" İngilis dilində “Search Engine Optimization” sözlərinin baş hərflərinin bir araya gəlməsi ilə ortaya çıxmış bir termindir. Azərbaycan dilində mənası Axtarış Motoru Optimizasiyasıdır. Məqsəd, veb sayt sahiblərinin axtarış motorlarında daha yaxşı orqanik sıralama almağını təmin etməkdən ibarətdir. Başqa sözlə desək, SEO veb saytların Google və digər axtarış motorlarında orqanik olaraq ilk sıralarda olması üçün həyata keçirilən işdir. Yəni bir veb səhifənin hədəflədiyi açar sözlərə görə axtarış motorlarında ilk sıralara gəlməyindən ötürü edilən işdir.Demək olar ki, hər birimiz hər gün Google və bu kimi axtarış motorunda araşdırmalar edirik. Bunu hər hansı bir məqsədlə edir və axtardığımız nəticəyə çatmağa çalışırıq.
SEO xidməti bir dəfə tətbiq olunması yetərli olacaq bir proses deyil. Davamlı olaraq yeniləmələr olan axtarış motorlarına qarşı bu yenilənmələrə uyğun bir sayta sahib olmalısınız. Bunun üçün periodik olaraq lazımlı işlər həyata keçirilməlidir.
SEO Xidməti Nə Üçün Lazımdır?
Bu məsələ veb saytın performasını təbii yolla artırmaq istəyən insanların maraqlandıqları bir mövzudur. Əslində SEO-nun nə üçün lazım olması barədə bir çox səbəb tapmaq mümkündür. Hər kəsə məlum olduğu kimi, bütün sektorlarda istənilən şirkətin ən az bir rəqibi mövcuddur və təbii olaraq bu rəqibləri üstələmək üçün mütləq hər bir nüansa diqqət yetirmək lazımdır. Əgər optimizasiyanı yaxşı şəkildə etsəniz, rəqəmsal aləmdə rəqiblərinizi tək-tək keçərək, ən sonda sektorun ən yaxşısı ola bilərsiniz.
SEO xidmetinin nə üçün lazım olduğu sualına aşağıda qeyd olunanlar əsasında cavab verə bilərik:
- Rəqiblərdən daha yaxşı orqanik sıralama almaq üçün,
- Sayta daxil olan istifadəçilərin sayını yüksəltmək üçün,
- Dönüşümləri (müraciətlər, zənglər, mesajlar) artırmaq üçün,
- Markanın bilinirliyini daha da artırmaq üçün,
- E-Ticarət saytınız varsa, satışlarınızı artırmaq üçün, (Shopify)
- Daha peşəkar və keyfiyyətli olduğunuzu isbatlayaraq potensial müştərilərin inamını qazanmaq üçün,
- Paylaşılan hər kontentin və ya məhsulun axtarış motorlarında daha sürətli index almağı üçün,
- Mükəmməl bir sayta sahib olmaq üçün,
- Günlük trafik miqdarını və keyfiyyətini yüksəltmək üçün.
Artan Brend Məlumatlılığı
Axtarış motorlarında yüksək yer tutduqda, marka məlumatlılığınız artır. İnsanlar tez-tez gördükləri markaları daha etibarlı tapırlar. Bu, marka sadiqliyini artıra bilər.
Rəqabət Qabiliyyəti
Rəqiblərinizi qabaqlamaq istəyirsinizsə, SEO qaçılmazdır. Yaxşı bir SEO strategiyası ilə sektorunuzda lider ola, daha çox bazar payı qazana və rəqiblərinizi geridə qoya bilərsiniz.
Axtarış Motorları Necə İşləyir?
Axtarış motorlarının işləməsinin arxa planında böyük bir alqoritma var. Belə ki, bu alqoritma hər keçən gün yenilənərək axtarış motorları vasitəsi ilə axtarış edən insanların daha düzgün nəticələrə çatmasını hədəfləməkdədir. Axtarış motorlarının işləməsinin əsasında üç fərqli təməl alqoritma var. Bunlar, skan prosesi, indeksləşdirmə prosesi və sıralama faktoru prosesidir.
SEO Xidmətinin Üstünlükləri Nələrdir?
SEO prosesinin həyata keçirilməsinin bir şirkət üçün nə qədər əhəmiyyətli olduğunu yuxarıda izah etdik. Əslində bunlar SEO xidmətinin üstünlüklərini də özü ilə birlikdə açıqlamaqdadır. Bununla yanaşı olaraq, yenə də SEO xidmetinin avantajlarını sizin üçün cəm halında paylaşırıq:
Veb saytınızın sürəti artar.
E-Commerce saytlarının müştəri sayı, bloq saylarının günlük trafik sayı artar.
Axtarış motorları tərəfindən daha çox önə çəkilən bir sayta sahib olarsınız.
Tam optimizasiyalı bir saytınız olduğu üçün istər müştərilər, istərsə də saytı ziyarət edənlər baxımından professional bir ab-hava yaratmış olarsınız.
Uzun dönəmdə görüntülənmə sayında ciddi dərəcədə artışlara nail olarsınız.
Maddiyyat baxımından qazancınız hər gün daha da artar.
Açar sözlərdə üst sıralarda çıxacağınız üçün saytınızın və ya markanızın reklamını etmiş olarsınız. Bilinirliyiniz artar.
SEO Xidmeti Zamanı İstifadə Edilən Vasitələr Hansılardır?
SEO xidmeti göstərən şirkətlər və ya insanlar bir çox fərqli sayt ilə əməkdaşlıq etməkdədirlər. Bu saytların analizinin aparılması, hansı vəziyyətdə olmasının təyin edilməsi, rəqiblərinin müəyyən edilməsi kimi bir çox mövzu əsasında SEO vasitələrinə ehtiyac duyulur. Mövcud olan bütün vasitələrin hamısı aşağı-yuxarı eyni məntiqlə işləməklə bərabər hər birinin xüsusilə bir addım önə çıxdığı fərqli bir kateqoriyası var. Misal olaraq, bir vasitə rəqib analizində yaxşı ikən, digəri açar söz tapmaqda daha yaxşıdır. Qeyd edilən vasitələrə nümunə olaraq aşağıdakıları göstərə bilərik:- Semrush, internet saytların xüsusilə daxili SEO optimaziyasının edilməsi zamanı ən çox seçilən analiz saytlarından birincisidir, desək yanılmarıq. Semrush bir çox SEO xidməti üçün lazım olan vasitəni daxilində tutmaqdadır. Semrush ilə sahib ola biləcəyiniz vasitələri sırası ilə qeyd etmək yerinə düşər:
- Rəqib analizinin həyata keçirilməsi
- Blog yazmaq üçün əsas açar söz və köməkçi açar sözlərin təyin olunması
- Blog uzunluğunun müəyyən edilməsi
- Açar sözlərin nə qədər insan tərəfindən axtarıldığı
- Sayta daxil olan insanların haradan gəldiklərinin təyin edilməsi
- Rəqib saytların hansı saytlardan backlink aldığının öyrənilməsi
- Rəqiblərin ən çox hansı açar söz və ya bloqlardan klik aldığının təyini
- Açar sözlərin çətinlik əmsalları
- Ahrefs SEO xidmeti vasitəsi də eynilə Semrush kimi oxşar məqsədlər üçün istifadə edilməkdədir. Ahrefs vasitəsi ilə bütün texniki analizlər edilə bildiyi kimi istər daxili, istərsə də xarici SEO üçün tez-tez seçim edilən analiz saytlarının ilk sıralarında gəlməkdədir. Ahrefs ilə edilə biləcəklər isə aşağıda qeyd olunan formadadır:
- Rəqiblərin texniki mənada detallı şəkildə analizinin edilməsi
- Açar söz sıralaması izlənilməsinin həyata keçirilməsi
- Sahə adı və saytın analiz edilərək avtoritarlığının ölçülməsi
- Sayt daxili trafik analizi ilə bərabər hansı açar sözdən klik alındığının müəyyən edilməsi
- Rəqib saytların ADS reklamları ilə hansı açar sözlərdən neçə klik aldığı və nə qədər ödənildiyinin müəyyən edilməsi
- Rəqib saytların nofollow, dofollow və ya sponsorlu backlinklərin nə qədər olduğu və hansı saytlardan alındığının analizi
- Bloq açar sözlərinin təyin edilməsi
- Keywordtool demək olar ki, bloq yazan hər kəsin bildiyi SEO vasitələrindən biridir. Keywordtool digər vasitələrin əksinə olaraq tək bir məqsədlə istifadə edilməkdədir. Keywordtool analiz vasitəsinin məqsədi adından da məlum olduğu kimi açar söz analizi etməkdir. Keywordtool saytında əsas açar sözünüzü yazdığınız zaman axtarış motorları tərəfindən ən çox axtarılan başlıqlara çatmağınız mümkündür. Bu başlıqları bloqunuzda istifadə etdiyiniz halda, axtaran insanların qarşısına çıxma ehtimalınız yüksəlməkdədir. Bu səbəbdən bloq yazarları Keywordtool-u çox tez-tez istifadə etməkdədirlər.
SEO Xidməti
Efor Strategic Agency olaraq sizə bu yolda dəstək ola bilərik. Əgər SEO xidmətimiz sizin üçün maraqlıdırsa, SEO XİDMƏTİ yazısına klikləyərək və ya [email protected] e-poçt ünvanına müraciət edə bilərsiniz.